“Liverpul” uddu, Salah zədələndi
“Liverpul” 3–1 “Kristal Pelas” – İsak qayıtdı, Salah zədələndi.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 34-cü turunda “Liverpul” doğma meydanda “Kristal Pelas” üzərində 3:1 hesablı qələbə qazanıb.
Oyun necə keçdi?!
Matçın 35-ci dəqiqəsində Aleksander İsak hesabı açaraq uzun zədədən sonra geri dönüşünü qolla qeyd edib. Bu, onun 2025-ci ilin dekabrında ayağındakı sınıqdan sağaldıqdan sonra ilk qolu olub.
Cəmi 5 dəqiqə sonra, 40-cı dəqiqədə A. Robertson fərqi artırıb və “Liverpul” fasiləyə 2:0 üstün yollanıb.
İkinci hissədə “Kristal Pelas” 71-ci dəqiqədə D. Munyozun qolu ilə fərqi azaldıb və oyuna qayıtmağa çalışıb. Lakin matçın sonuna yaxın “Liverpul” üstünlüyünü möhkəmləndirib: 90+6-cı dəqiqədə Florian Virts üçüncü qolu vuraraq yekun nəticəni müəyyənləşdirib:
Liverpul 3 - 1 Kristal Pelas
A. İsak 35’
A. Robertson 40’
D. Munyoz 71’
F. Virts 90+6’
Qollar: https://t.me/doxsanplus/116530
Salah üçün narahatlıq
“Liverpul”un hücumçusu Mo Salah 59-cu dəqiqədə zədə səbəbindən əvəzlənib. Onun vəziyyəti ilə bağlı klubdan hələlik rəsmi açıqlama verilməyib. Futbolçunun mövsümün qalan hissəsinə təsiri sual altındadır.
Epizod: https://t.me/doxsanplus/116525
Turnir cədvəli:
Bu qələbədən sonra “Liverpul” 58 xalla turnir cədvəlində 4-cü pilləyə yüksəlib və ilk dördlük uğrunda mübarizəni davam etdirir.
© Copyright 2026, All Rights Reserved