Lopes mövsümü bitirən dostunun qol sevincini etdi
Fermin Lopes və Markus Reşford qolları ilə “Barselona”dan növbəti qələbə!
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 33-cü turunda “Barselona” səfərdə “Xetafe” üzərində 2:0 hesablı qələbə qazanıb.
Matçın ilk hissəsinin sonlarına doğru Fermin Lopes 45+1-ci dəqiqədə hesabı açıb. İkinci hissədə isə Markus Reşford 74-cü dəqiqədə fərqi artıraraq oyunun yekun nəticəsini müəyyənləşdirib.
Qol sevincində isə diqqət çəkən məqam yaşanıb. Fermin Lopes qol vurduqdan sonra bud əzələsi zədəsi səbəbilə mövsümü erkən başa vuran Lamin Yamalın ikonik qol qeyd etməsini təkrarlayıb:
Xetafe 0 - 2 Barselona
F. Lopes 45+1’
M. Reşford 74’
Qollar: https://t.me/doxsanplus/116536
“Barselona” bu qələbədən sonra çempionluq yarışında liderliyini möhkəmləndirib və 11 xal fərqlə zirvədə qərarlaşıb:
Kataloniya klubunun mövsümdə 5 oyunu qalıb və çempionluq uğrunda böyük üstünlüyə malikdir.
© Copyright 2026, All Rights Reserved