Mbappe Messi və Ronaldonu geridə qoydu
Mbappe 400 qola hamıdan tez çatdı.
90plus.az xəbər verir ki, "Real Madrid" klubunun və Fransa millisinin ulduzu Kilian Mbappe futbol tarixində növbəti böyük uğurunu rəsmiləşdirib. Gənc hücumçu Peledən sonra 400 qolu keçən ən gənc futbolçu adını qazanıb.
Statistikaya görə, Mbappe bu göstəriciyə 537 oyunda, 26 yaş 328 gündə çatıb.
Reytingdə ikinci yerdə “İnter Mayami”nin hücumçusu Lionel Messi qərarlaşıb. Argentinalı ulduz 400 qola 525 matçda, 27 yaş 95 gündə nail olub.
Üçüncü pillədə isə portuqaliyalı superulduz Kriştiano Ronaldo yer alır. O, 400 qola 655 qarşılaşmada, 28 yaş 335 gündə çatıb.
Mbappenin yeni rekordu futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb və onun gələcəkdə daha neçə rekord qıracağı artıq müzakirə mövzusudur.
© Copyright 2026, All Rights Reserved