"Messi "Barselona"ya qayıtmayacaq" - Klubun prezidenti açıqladı
“Barselona”nın prezidenti Joan Laporta Lionel Messinin yenidən Kataloniya klubuna transfer olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
90plus.az xəbər verir ki, Laportanın mövqeyini məşhur insayder Fabritsio Romano açıqlayıb. Klub rəhbəri argentinalı ulduzun geri dönüşünün real olmadığını bildirib:
“Leo Messinin futbolçu kimi qayıtması mümkün deyil. Hazırda onun “İnter Mayami” ilə müqaviləsi var. Biz həm bu gün, həm də gələcək üçün klubun layihəsi üzərində çalışırıq. Bu proses çətindir və əgər keçmişlə yaşayırsansa, irəli getmək də çətin olur”.
Laportanın bu açıqlaması ilə Messinin “Barselona”ya qayıtması ehtimalları demək olar ki, tam aradan qalxmış olub.
© Copyright 2026, All Rights Reserved