Mourinyonun “Benfika”sı hələ uduzmayıb
Portuqaliya futbolunda nadir rast gəlinən paradoksal vəziyyət yaşanıb. Joze Mourinyo rəhbərlik etdiyi “Benfika” mövsüm ərzində məğlubiyyət almamasına baxmayaraq, çempionluq mübarizəsini rəsmən uduzub.
90plus.az xəbər verir ki, son turda “Famalikao” ilə 2:2 hesablı heç-heçə edən Lissabon təmsilçisi bu nəticə ilə Portuqaliya Primeyra Liqasında məğlubiyyətsiz seriyasını davam etdirsə də, turnir cədvəlində liderlikdən uzaqlaşıb.
Məlumata görə, “Benfika” cari mövsümdə keçirdiyi 32 oyunun heç birində məğlub olmayıb və Avropanın TOP-5 liqaları arasında bu göstəriciyə sahib yeganə komanda olaraq qalır. Buna baxmayaraq, komanda 10 heç-heçə səbəbindən xallar itirib və əsas rəqibi “Portu”dan 9 xal geri qalır.
Nəticədə “Portu” Portuqaliya çempionatının qalibi elan edilib və mövsümü çempion kimi başa vurub.
“Benfika” isə çempionluq şansını itirməsinə baxmayaraq, tarixə düşəcək bir göstəriciyə imza atıb. Komanda liqanı məğlubiyyətsiz başa vurmağa cəmi iki oyun qalmış vəziyyətdədir və bu, Portuqaliya futbolunda nadir hadisələrdən biri kimi qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved