Mundialda fasilə 15 dəqiqə olmayacaq
Bu il DÇ finalında fasilə vaxtı uzadılacaq – futbolçular narahatdır.
90plus.az xəbər verir ki, 2026-cı ildə keçiriləcək Dünya Çempionatının final matçında fasilə vaxtının adi 15 dəqiqədən daha uzun olacağı gözlənilir - The Athletic.
Məlumata görə, FIFA qarşılaşmanın şousunu genişləndirmək və əlavə kommersiya layihələrini həyata keçirmək üçün fasilə müddətini artırmağı planlaşdırır. Bu qərarın ilk sınaqlarından biri Klubların Dünya Çempionatının finalında baş tutub.
Belə ki, “Çelsi” ilə “PSJ” arasında keçirilən həlledici görüşdə fasilə düz 24 dəqiqə davam edib. Bu isə futbol ictimaiyyətində müxtəlif reaksiyalara səbəb olub.
Xüsusilə futbolçuların uzun illər ərzində 15 dəqiqəlik fasilə rejiminə uyğunlaşdığı vurğulanır. Ekspertlər hesab edir ki, fasilənin uzadılması oyunçuların həm fiziki, həm də psixoloji ritminə təsir göstərə bilər. Dünya Çempionatı kimi yüksək təzyiqli turnirin finalında bu dəyişiklik əlavə çətinlik yarada bilər.
Hələlik FIFA tərəfindən rəsmi açıqlama verilməsə də, yeni formatın yaxın dönəmdə təsdiqlənəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved