“Nant” 14 il sonra Liqa 2-yə düşdü
“Nant” 14 ildən sonra Liqa 2-yə yuvarlandı.
90plus.az xəbər verir ki, Fransa Liqa 1-də 14 illik macəra “Nant” üçün başa çatıb.
“Kanareykalar” çempionluq uğrunda mübarizə aparan “Lans”a 0:1 hesabı ilə məğlub olaraq rəsmən Liqa 2-yə düşüb. Klub 2012/13 mövsümündən sonra ilk dəfə elitanı tərk edəcək.
Bu nəticədən sonra “Lans” lider PSJ ilə xal fərqini 3-ə endirib. “Nant” isə mövsümü 17-ci pillədə başa vuracağı üçün rəsmən Liqa 2-yə düşüb. Klub 2013-cü ilin mayında yenidən elitaya yüksəldikdən düz 4732 gün sonra ikinci liqaya qayıdır.
© Copyright 2026, All Rights Reserved