PSJ rəhbərliyi 500 işçini mundiala aparır
Jurnalist Jülyen Fromanın məlumatına görə, Nasser Əl-Xəlaifi 30 mayda Budapeştdə keçiriləcək 2026-cı il UEFA Çempionlar Liqasının finalı üçün klubun təxminən 500 əməkdaşını oyuna aparmağı planlaşdırır.
90plus.az xəbər verir ki, "Paris Sen-Jermen" rəhbərliyi klubun əvvəlki finalında olduğu kimi yenə inzibati və texniki heyətin də bu uğurun bir hissəsi olmasını istəyir.
Paris təmsilçisi yarımfinalda "Bayern Münhen" üzərində iki oyunun cəmində 6:4 hesablı qələbə qazanaraq ardıcıl ikinci dəfə Çempionlar Liqasının finalına yüksəlib.
PSJ hazırda Liqa 1-in turnir cədvəlinə də başçılıq edir və ən yaxın izləyicisi "Lans"ı 6 xal qabaqlayır.
© Copyright 2026, All Rights Reserved