“Napoli” darmadağınla 2-ci yerdə möhkəmdir
“Napoli” A Seriyasında zəif nəticələr göstərən “Kremoneze”ni 4:0 hesabı ilə darmadağın edərək turnir cədvəlində ikinci pilləyə yüksəlib və ilk dördlükdəki yerini möhkəmləndirib.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 34-cü turunda Antonio Kontenin komandası mövsümün son 4 turuna 11 xallıq üstünlüklə daxil olub və bununla da son iki oyundakı qələbəsiz seriyasına inamlı qələbə ilə son qoyub:
Napoli 4 - 0 Kremoneze
S. Maktominey 3’
F. Terrakiano 45’ (ö.q.) - Zərbə: Hoylund
K. De Brüyne 45+3’
A. Santos 52’
Statistik qeyd
Kevin De Bruyne bu qolla Avropanın beş böyük liqasında 100-cü qolunu vurub. 2012/13 mövsümündən bəri bu göstəriciyə çatan yeganə yarımmüdafiəçi Markus Roysdur.
“Napoli” bu mövsüm yeni yüksələn komandalara qarşı keçirdiyi 5 oyunun hamısında qalib gəlib.
Kevin De Bruyne, Skott Maktominey və Rasmus Hoylund (zərbəsi müdafiəçiyə dəyib qol oldu - 2-ci qol): “Napoli”nin keçmiş “Mançester” üçlüyü darmadağını reallaşdırıb.
© Copyright 2026, All Rights Reserved