“Napoli” “İnter”i vurub-keçdi, lider oldu!
”İnter”in “Roma” qarşısındakı məğlubiyyətindən istifadə edən “Napoli” qələbə qazanaraq liderliyə yüksəldi:
1. Napoli ➖ 74 xal;
2. Inter ➖ 71 xal.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının bitməsinə 4 tur qalmış "Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Skott Maktominey dubl edərək komandasına üç xal qazandırdı:
Napoli 2 - 0 Torino
S. McTominay 7', 41'
28 yaşlı Maktominey keçirdiyi son üç oyunda 5 qol vurub və hər birində matçın oyunçusu seçilib.
"Napoli" və "İnter" mövsümü eyni xalla başa vurarsa, çempionları müəyyən etmək üçün birdəfəlik qarşılaşma daha çox qol vuran komandanın evində oynanılacaq.
© Copyright 2026, All Rights Reserved