“Neftçi - Qarabağ”: Stadionun dolması gözlənilir
Sabah Misli Premyer Liqasının 29-cu turu çərçivəsində baş tutacaq "Neftçi – Qarabağ" oyununa maraq kifayət qədər böyükdür. Artıq qarşılaşma üçün 6000 bilet satılıb.
90plus.az xəbər verir ki, "Neftçi PFK"-nin mətbuat xidmətinin yaydığı məlumata görə, bilet satışı hazırda da davam edir. Azarkeşlər biletləri klubun mobil tətbiqi və rəsmi saytı vasitəsilə onlayn şəkildə əldə edə bilərlər. Stadion kassaları isə oyun günü saat 12:00-dan fəaliyyət göstərəcək.
Qarşılaşma öncəsi azarkeşlərin asudə vaxtını daha maraqlı keçirməsi üçün xüsusi fan zonalar da nəzərdə tutulub. Ümumilikdə 3 fərqli nöqtədə təşkil olunacaq bu ərazilərdə müxtəlif əyləncə proqramları keçiriləcək.
Klub eyni zamanda yüksək azarkeş axınını nəzərə alaraq, stadiona giriş zamanı sıxlığın qarşısını almaq üçün azarkeşlərə Palms Sports Arenaya oyunun startından ən azı 2 saat əvvəl gəlməyi tövsiyə edir. Oyun saat 19:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved