Neymar dibə enir…
Neymarın “Santos”dakı mövqeyi artıq toxunulmaz deyil. AS bu xəbəri yayıb.
Baş məşqçi Xuan Pablo onu “Flamengo”ya qarşı keçirilən oyunda əvəzləyib və komanda 0:3-dən geri dönüşlə oyunu 2:3 tamamlayıb.
90plus.az xəbər verir ki, braziliyalı ulduzun reaksiyası isə narazılıq yaratdı. GeGlobo-nun məlumatına görə, Neymarın stəkan dolu suyu atıb birbaşa geyim otağına getməsi həmkarları və klub rəsmilərini əsəbiləşdirib. O, sonradan, xüsusilə hadisədən təsirlənmiş oyunçulardan üzr istəyib.
Neymar son oyunlarda açıq şəkildə narazılıq göstərir, tez-tez həmkarlarının qərar və səhvlərindən — o cümlədən “Flamenqo”nun üçüncü qoluna səbəb olan səhvdən — şikayətlənir.
Mübahisələrə baxmayaraq, “Santos”un rəhbərliyi və oyunçuları məsələni böyütməyib, diqqəti düşmə təhlükəsindən qurtulmaq uğrunda mübarizəyə yönəldiblər.
33 yaşlı futbolçu daha bir çətin mövsümü keçirir və zədələrlə üzləşib. O, cəmi 15 oyunda iştirak edib və 17 matçı buraxıb, “Santos” isə 2023-cü ildə olduğu kimi, Seriya B-yə düşməkdən qaçmaq üçün mübarizəsini davam etdirir.
© Copyright 2026, All Rights Reserved