Neymar qol da vurdu, rəqibə penalti də verdi
Neymar zədədən qayıtdı, uzun fasilədən sonra qol vurdu – “Santos” yenə xal itirdi.
90plus.az xəbər verir ki, “Santos”un ulduzu Neymar Braziliya A Seriyasının 34-cü turunda “Mirasol”la oyunda yenidən qol sevinci yaşayıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Üç ay yarım sonra ilk qol
Neymar uzun fasilədən sonra Braziliya çempionatında yenidən fərqlənib. O, sonuncu dəfə 18-ci turda “Yuventude”yə qarşı 3:1 hesabı ilə qalib gəldikləri görüşdə qol vurmuşdu. Sentyabrın ortalarında bud əzələsindən aldığı zədə səbəbilə ulduz futbolçu liqada ardıcıl 7 oyunu buraxmışdı.
Qol vurdu, rəqibə penalti də qazandırdı
"Mirasol”la qarşılaşmada Neymar komandasını irəli çıxarsa da, ikinci hissənin əvvəlində öz cərimə meydançasında etdiyi qayda pozuntusu “Santos”a baha başa gəlib. Rəqib penalti imkanından yararlanaraq hesabı bərabərləşdirib.
Geri dönüşdən sonra statistikası
“Santos”un yetirməsi olan Neymar 2025-ci ilin yanvarında kluba qayıdıb. 33 yaşlı hücumçu geri dönüşündən bəri 27 oyuna çıxıb, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Santos” isə bu nəticə ilə liqada vacib xallar itirməyə davam edir.
© Copyright 2026, All Rights Reserved