Özbək futbolçu "Mançester Siti"ni tərk edir
Özbəkistan yığmasının üzvü Abdukodir Xusanov yay transfer dövründə İngiltərənin "Mançester Siti" klubundan ayrılmaq ehtimalı ilə gündəmdədir.
90plus.az xəbər verir ki, Mançester təmsilçiləri 21 yaşlı müdafiəçini daha çox oyun praktikasına sahib olması üçün icarəyə göndərməyi planlaşdırırlar.
Fevral ayında "şəhərlilər"in ən yaxşı oyunçusu elan edilən Xusanov sonradan əsas heyətdəki mövqeyini itirib.
“Mançester Siti” klub rəhbərliyi və baş məşqçi Pep Qvardiola düşünür ki, digər bir komandada müvəqqəti çıxış etmək Xusanova Avropa futbolunun tələblərinə uyğunlaşmaq baxımından faydalı olacaq.
Daha əvvəl İspaniyanın "Barselona" klubu özbək müdafiəçi üçün “Mançester Siti”yə 40 milyon avro dəyərində təklif göndərmişdi.
Xatırlatma: Abdukodir Xusanov qış transfer dönəmində Fransanın "Lans" klubundan 40 milyon avroya transfer olunub. Yeni komandasında keçirdiyi 9 qarşılaşmada 1 qol vurmağı bacarıb.
© Copyright 2026, All Rights Reserved