“Palmeyras” 0:3-dən geridönüş etdi, məşqçi göz yaşı tökdü
“Palmeyras”dan möhtəşəm dönüş: 0:3 məğlubiyyətdən sonra 4:0-lıq qələbə və Libertadores finalına vəsiqə!
90plus.az xəbər verir ki, Braziliya nəhəngi “Palmeyras” "Kopa Libertadores"in yarımfinalında tarixi dönüşə imza atıb. Komanda ilk oyunda “LDU Kito”ya 0:3 hesabı ilə uduzmasına baxmayaraq, cavab görüşündə rəqibini 4:0 məğlub edib finala yüksəlir.
Möhtəşəm qələbə, böyük sevinc
San-Paulu təmsilçisinin baş məşqçisi Abel Fereyra final fitindən sonra emosiyalarını gizlədə bilməyib, göz yaşı töküb. Portuqaliyalı mütəxəssis komandası ilə birlikdə inanılmaz geri dönüşün coşqusunu yaşayıb.
Matçın detalları
“Palmeyras”ın heyətində Paraqvay millisi ilə Amerika Kubokunda çıxış etmiş Qustavo Qomes və Ramon Sosa start heyətdə yer alıblar. Məhz Sosa hesabı açan futbolçu olub və möhtəşəm geri dönüşün əsas fiqurlarından biri kimi yadda qalıb.
Bu nəticə ilə Kopa Libertadores finalında yenidən iki braziliya klubu üz-üzə gələcək:
29 noyabrda Limada “Flamenqo - Palmeyras" finalı oynanılacaq.
Tarixi uğur
“Palmeyras” turnirin ən titullu komandalarından biridir və artıq üç dəfə Libertadores çempionu olub:
Komanda indi dördüncü çempionluq üçün mübarizə aparacaq.
© Copyright 2026, All Rights Reserved