Premyer Liqadan bir klub da düşdü, tamam oldu!
İngiltərə Premyer Liqasında aşağı liqaya düşəcək sonuncu komandanın da adı bilinib.
90plus.az xəbər verir ki, liqa tarixində ilk dəfə olaraq aşağı liqaya düşəcək hər üç komanda sona dörd tur qalmış məlum olub.
34-cü turda "Nyukasl"a uduzan "İpsviç" klubu üçlüyü tamamlayıb.
Qeyd: Daha öncə isə "Lester" və "Sauthempton" bu uğursuzluğa düçar olub.
Maraqlı: Onların hər üçü ötən mövsüm Çempionşipdən Premyer Liqaya yüksəlmişdi.
Ardıcıl ikinci mövsümdür ki, Premyer Liqaya yüksələn üç komanda aşağı liqaya geri qayıdır:
2023/24: “Şeffild Yunayted”, “Börnli” və “Luton”
2024/25: “Sauthempton”, “Lester Siti” və “İpsviç”
© Copyright 2026, All Rights Reserved