PSJ ekvadorlu müdafiəçi ilə müqavilə uzatdı
Ekvadorlu müdafiəçi Villian Paço PSJ ilə yeni müqaviləyə imza atıb.
90plus.az xəbər verir ki, 24 yaşlı oyunçu sözləşməsinin müddətini 2030-cu ilə qədər uzadıb. Yeni razılaşmaya əsasən, onun əməkhaqqı artırılacaq. Rəsmi duyurunun yaxın bir neçə həftə ərzində açıqlanacağı gözlənilir.
Paris təmsilçisi Paçonu 2024-cü ildə Frankfurt "Ayntraxt"ından heyətinə qatmışdı. Müdafiəçi bu mövsüm bütün turnirlərdə ümumilikdə 13 matçda iştirak edib və 1 dəfə fərqlənib.
© Copyright 2026, All Rights Reserved