Qadın millimiz dünya çempionatı yolunda qələbə qazandı
Azərbaycan qadın millisi növbəti qələbəsini qazandı.
90plus.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Yığmamız Bakıdakı “Bank Respublika Arena”da Andorra seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb:
Azərbaycan 2 - 0 Andorra
Y. Açar 12’
Esra Manya 64’
Qollar: https://t.me/doxsanplus/116380
Bu nəticədən sonra Azərbaycan yığması xallarının sayını 9-a çatdıraraq Liqa C, Qrup 3-də ikinci pillədə qərarlaşıb. Qrupa 10 xalla Macarıstan liderlik edir. Şimali Makedoniya 3 xalla üçüncü, Andorra isə 1 xalla sonuncu sıradadır.
Qeyd: Bu Azərbaycan millisinin seçmə mərhələdə keçirdiyi dördüncü oyun olub.
© Copyright 2026, All Rights Reserved