"Qarabağ" yeni transferini açıqladı
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
90plus.az xəbər verir ki, Ağdam klubu Kiprin AEK (Larnaka) komandası ilə bir müddətdir aparılan danışıqları müsbət nəticə ilə başa çatdırıb və fransalı müdafiəçi Jeremi Qnalini transfer edib.
Sol cinahda oynayan futbolçu ilə 2,5 illik müqavilə bağlanıb. Fransanın “Mets” klubunun yetirməsi olan müdafiəçi yeni komandasında 24 nömrəli forma geyinəcək.
23 yaşlı oyunçu indiyədək “Mets B”, eləcə də İspaniyanın “Tarazona” və “Melilya” klublarının şərəfini qoruyub.
Xatırlatma: 2024-cü ilin avqustunda AEK-ə keçən Jeremi Qnali Kipr təmsilçisində keçirdiyi 60 matçda 7 məhsuldar ötürmə ilə diqqət çəkib.
© Copyright 2026, All Rights Reserved