“Qəbələ” 12 oyundur, udmur
“Qəbələ” və “Araz”dan bərabərlik – hər iki komandanın qələbəsizlik seriyası davam edir.
90plus.az xəbər verir ki, Azərbaycan çempionatının 29-cu turunda “Qəbələ” öz meydanında “Araz”ı qəbul edib. Komandalar meydanı bir xalla tərk ediblər:
Qəbələ 1 - 1 Araz
Ömər Buludov 76’ (ö.q)
İ. Paro 83’
Qollar: https://t.me/doxsanplus/116540
Statistikaya əsasən, “Qəbələ”nin qələbəsizlik seriyası 12 oyuna, “Araz”ın isə 4 oyuna çatıb.
Turnir cədvəlində “Araz” 6-cı, “Qəbələ” isə 11-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved