Qrizmann Messi ilə dialoqundan danışıb
“Barselonada” Messi–Qrizmann münasibətləri əslində necə idi? – Qrizmann danışdı.
90plus.az xəbər verir ki, “Barselona”nın sabiq hücumçusu, hazırda "Atletiko Madrid"də çıxış edən Antuan Qrizmann Kataloniya klubundakı dönəmi barədə danışıb. Fransalı futbolçu xüsusilə Lionel Messi ilə münasibətlərinə dair yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
Qrizmannın sözlərinə görə, mətbuat onların arasına süni şəkildə gərginlik gətirməyə çalışırdı:
“Barselonada oynayarkən hər gün ‘Messi Qrizmannla oynamaqdan narazıdır’ başlıqlı xəbərlər çıxırdı. Amma Messi mənə həmişə deyirdi: ‘Antuan, bunlara fikir vermə. Mətbuatın işi budur’”.
Fransalı hücumçu Messinin ona meydanda daima dəstək olduğunu qeyd edib:
“Hər oyunda onlara cavabı meydanda verirdi. Mənə bir neçə penalti buraxdı və qollarımı sanki özü vurmuş kimi qeyd edirdi”.
Qrizmann “Barselona”da 2019–2022-ci illərdə çıxış edib və Messi ilə iki mövsüm komanda yoldaşı olub.
© Copyright 2026, All Rights Reserved