Qvardiola: “Dünya Fələstini tək buraxıb”
Kataloniya yığmasının Fələstin seçməsinə qarşı keçirəcəyi xeyriyyə oyunu öncəsi təşkil olunan mətbuat konfransında Pep Qvardiola Qəzzadakı humanitar böhranla bağlı emosional çağırış edib.
90plus.az xəbər verir ki, Pepin təsirli çıxışı belə olub:
“Dünya Fələstini tək buraxıb. Biz tamamilə heç nə etməmişik."
“Onlar orada doğulduqlarına görə günahkar deyil. Biz hamımız onların (İsrailin) bütöv bir xalqı məhv etməsinə imkan verdik. Artıq zərər vurulub və bu, geri dönməzdir…
“Dünyada Qəzzadakı qətliamları müdafiə edə biləcək bir insan təsəvvür edə bilmirəm. Bizim uşaqlarımız da ora düşə bilər və sadəcə orada doğulduqları üçün qətlə yetirilə bilərdilər. Liderlərə çox az inamım var. Onlar hakimiyyətdə qalmaq üçün nə lazımdırsa edirlər.
“Kataloniya – Fələstin oyunu sadəcə simvolik bir matç deyil. Bu gün hər şey məlum olur və bu qarşılaşma ilə fələstinlilər dünyanın bir hissəsinin onlar haqqında düşündüyünü görəcəklər…
“Simvolizm maarifləndirməyə kömək edir, amma bunun arxasında hərəkət də olmalıdır. Etiraz üçün həmişə səbəb var, bu dəfə isə bu, futbol matçıdır. Simvolikdir, amma heç olmasa fələstinlilər bir müddət bizim yanlarında olduğumuzu hiss edə bilərlər və stadion onlara sevinc gətirər…”
© Copyright 2026, All Rights Reserved