Qvardiola mundial biletlərinin bahalığını tənqid etdi
Qvardiola Dünya Çempionatındakı baha biletləri tənqid etdi: “Futbol azarkeşlər üçündür”.
90plus.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Dünya Çempionatının biletlərinin yüksək qiymətlərinə münasibət bildirib. Təcrübəli mütəxəssis müasir futbolda azarkeşlərin getdikcə ikinci plana keçdiyini vurğulayıb.
Qvardiola qeyd edib ki, əvvəllər mundial daha əlçatan idi və azarkeşlər rahat şəkildə komandalarını dəstəkləmək üçün başqa qitələrə səyahət edə bilirdilər:
“Xatırlayıram ki, illər əvvəl Dünya Çempionatı millətlər üçün əsl bayram idi. Azarkeşlər dünyanın müxtəlif yerlərinə gedərək öz ölkələrini dəstəkləyirdi və hər şey əlçatan idi.”
İspan mütəxəssis hazırkı vəziyyəti isə tənqid edib:
“Amma müasir dövrdə bu, çox bahalaşıb və səbəbini başa düşmürəm. Qərar verən şəxslər bu barədə düşünməli və futbolu azarkeşlər üçün etməlidirlər.”
Qvardiola sponsorların və maliyyə faktorlarının vacibliyini də qəbul etsə də, əsas rolun azarkeşlərə məxsus olduğunu vurğulayıb:
“Əlbəttə, sponsorları və digər məsələləri də nəzərə almaq lazımdır, çünki əks halda bu sistem davamlı olmaz. Amma bu biznesin işləməsinin əsas səbəbi azarkeşlərdir.”
© Copyright 2026, All Rights Reserved