"Real" baş məşqçisi ilə yolları ayırır - RƏSMİ
"Real Sosyedad" klubunun baş məşqçisi İmanol Alquasil cari mövsüm başa çatdıqdan sonra komandadan ayrılacaq.
90plus.az xəbər verir ki, Alquasil 2018-ci ildən "Real Sosyedad" komandasına rəhbərlik edir. Maraqlı məqam ondan ibarətdir ki, İmanol həm futbolçu, həm də məşqçi kimi məhz bu klubda fəaliyyətə başlayıb. O, 2011-ci ildən etibarən klubda müxtəlif vəzifələrdə işləyib və gənclərdən ibarət komandaların baş məşqçisi olub.
Hazırda "Real Sosyedad" La Liqa turnir cədvəlində 42 xalla 9-cu pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved