"Real Madrid" Kurtuanı komandada saxlayır
"Real Madrid"in qapıçısı Tibo Kurtua ilə yaxın zamanlarda yeni müqavilənin imzalanması planlaşdırılır.
90plus.az xəbər verir ki, Belçikalı qolkiperin yeni müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə olacaq. Klub rəhbərliyi 32 yaşlı qapıçı ilə müqaviləni yeniləməklə 30 yaşdan yuxarı oyunçular üçün tətbiq edilən bir illik müqavilə siyasətindən kənara çıxacaq.
Kurtua 2018-ci ilin avqust ayından "Real Madrid"də çıxış edir. Cari mövsümdə o, bütün yarışlar çərçivəsində 43 oyunda meydana çıxıb, 48 top buraxıb və 14 matçda qapısını toxunmasız saxlayıb. Onun Madrid təmsilçisi ilə olan mövcud müqaviləsi 2026-cı ilin yayında başa çatır.
© Copyright 2026, All Rights Reserved