"Real"ın zədəlilərlə başı dərddə! 8 matç 62 zədəli
"Real Madrid"in əvəzedici komandası "Real Madrid Kastilla" bu mövsümün əvvəlində zədələrlə mübarizə aparır.
90plus.az xəbər verir ki, liqanın ilk 8 həftəsində "bənövşəyi-ağlı" futbolçular 62 zədə yaşayıblar.
"Marca"da yer alan xəbərə görə, "Real Madrid Kastilla" futbolçuları "Marbella" ilə oynadıqları matçda 7, "Ibiza"ya qarşı 8, "Villarreal B", "Betis" və "Sabluqueno"ya qarşı yeddi, "Herkules"ə qarşı 9, "Sevilya"ya qarşı 8 və "Yeklano" matçında 9 zədə ilə üzləşib.
RFEF Birinci Liqası Qrup 2-də mübarizə aparan "Real Madrid Castilla", 8 matçda 1 qələbə, 4 heç-heçə və 3 məğlubiyyət yaşayıb.
© Copyright 2026, All Rights Reserved