Rusiya FIDE-yə geri dönür
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Etika Komissiyasının Apellyasiya Palatası qurumun Rusiya Şahmat Federasiyasının (RŞF) üzvlükdən məhrum edilməsi barədə qərarını ləğv edib.
90plus.az xəbər verir ki, Rusiya tərəfinin müraciətinə baxılıb və qismən təmin edilib. Üzvlükdən məhrumetmə qərarı 45 min avro cərimə ilə əvəzlənib. Bundan əlavə, FİDE təşkilatın prezidenti Arkadi Dvorkoviçə töhmət vermək qərarını ləğv edib.
Qeyd: İyunun 7-si Rusiya Şahmat Federasiyası FIDE-nin üzvlüyündən məhrum edilib. Buna səbəb kimi sanksiyaların tətbiq olunduğu şəxslərin RŞF-nın himayədarları siyahısında olması göstərilib.
© Copyright 2026, All Rights Reserved