"Sabah"ın sabiq futbolçusu futboldan uzaqlaşdırıldı
FİFA Malayziya millisinin yeddi futbolçusunu 12 ay müddətinə futboldan uzaqlaşdırıb.
90plus.az xəbər verir ki, buna səbəb onların sənədlərdə saxtakarlığa yol vermələridir. Cəzalanan oyunçular arasında “Alaves”in müdafiəçisi Fakundo Qarses də yer alıb.
Bundan başqa, Qabriel Felipe, Rodriqo Holqado, İmanol Maçuka, Joao Fiqeyredo, Jon İrazabal (eks "Sabah"lı) və Hektor Alejandro Jevel Serrano da sanksiyaya məruz qalıb. Həmin futbolçular Argentina, İspaniya, Braziliya və Niderland mənşəlidir. FİFA-nın açıqlamasına əsasən, federasiya onların qeydiyyatı üçün saxta sənədlər təqdim edib və turnirlərdə iştirak etməsi üçün müraciət ünvanlayıb.
Cəzalı futbolçular Asiya Kubokunun 3-cü təsnifat mərhələsində Vyetnama qarşı keçirilən (4:0) oyunun iştirakçı siyahısında olub və meydana çıxıblar.
Hər bir futbolçuya futbolla bağlı bütün fəaliyyətlərdən 12 ay müddətinə uzaq qalmaq qadağası qoyulub və onlar 2000 İsveçrə frankı (təxminən 2100 avro) məbləğində cərimələniblər. Malayziya Futbol Assosiasiyası isə 350 min İsveçrə frankı (təxminən 374 min avro) ödəməli olacaq.
Qərardan narazı qalan tərəflərə 10 gün ərzində şikayət etmək imkanı verilib.
Qeyd: Con İrazabal vaxtilə "Sabah"da forma geyinirdi.
© Copyright 2026, All Rights Reserved