Santos: "Mental düşüncəmizi dəyişməliyik"
Fernando Santos Slovakiya ilə oyundan sonra müsahibə verib.
90plus.az həmin müsahibəni təqdim edir:
"Komanda olaraq əlimizdən gələni etməyə çalışdıq. Futbolçularımız sona qədər mübarizə apardılar. Oyuna rəqib daha yaxşı başladı. Biz Slovakiya yığmasının hücumlarının qarşısını almağa və əks-hücumlara keçməyə çalışdıq. Rəqib daim təzyiq edirdi. Bu cür güclü komandalara qarşı intensiv oynamaq vacibdir. Ən vacibi, mental düşüncəmizi dəyişməli və başa düşməliyik ki, həm yaxşı müdafiə oluna, həm də güclü hücumlar qura bilərik. İntensiv oyun səviyyəsini artırsaq, gələcəkdə uğurlu nəticələr qazanarıq. Bu komandanı müsbət məqamda dəyişəcəyimə yüz faiz inanıram. Mental olaraq çalışsaq, Azərbaycan futbolunun gələcəyini birlikdə dəyişə bilərik".
Qeyd: Millimiz səfərdə Slovakiyaya 2-0 hesabı ilə məğlub olub.
© Copyright 2026, All Rights Reserved