“Seltik” Şotlandiya çempionudur
"Seltik" 55-ci dəfə Şotlandiya çempionu oldu.
90plus.az xəbər verir ki, Brendan Rocersin baş məşqçisi olduğu komanda 34-cü turda səfərdə "Dundee Yunayted" darmadağın etməklə (5:0) sona 4 tur qalmış qızıl medalları özünə təmin etdi.
"Seltik" son 14 mövsümdə 13-cü və ardıcıl 4-cü dəfə Premierşipin qalibi olmaqla ümumən çempionluq sayında əzəli rəqibi "Reyncers" ilə bərabərləşdi - 55 dəfə!
© Copyright 2026, All Rights Reserved