“Seltik”dən parlayan tələbatlı ulduz var
Şotlandiya nəhəngi “Seltik” mövsümün ən yaxşı futbolçusunu açıqlayıb. Klubun təşkil etdiyi ənənəvi mükafatlandırma gecəsində əsas fərdi mükafat Benyamin Nyuqren -ə təqdim olunub.
90plus.az xəbər verir ki, 24 yaşlı hücumameyilli futbolçu 2024/25 mövsümündə göstərdiyi performansla həm azarkeşlərin, həm də klub rəhbərliyinin rəğbətini qazanıb. Nyuqren cari mövsümdə “Seltik” forması ilə bütün turnirlərdə 28 qol və məhsuldar ötürməlik göstəriciyə imza ataraq komandanın uğurlarında əsas pay sahiblərindən biri olub.
Mükafatlandırma mərasimi bazar günü axşam saatlarında Qlazqoda keçirilib. Tədbir “Seltik”in səfərdə “Hibernian” üzərində 2:1 hesablı qələbəsindən sonra baş tutub. Gecədə kişi və qadın komandalarının futbolçuları ilə yanaşı, xüsusi bir azarkeş də mükafatlandırılıb.
Benyamin Nyuqrenin uğurlu mövsümü Avropa klublarının da diqqətindən yayınmayıb. Məlumata görə, artıq bir neçə klub yay transfer pəncərəsi öncəsi isveçli futbolçunun vəziyyətini yaxından izləyir. “Seltik”in isə əsas oyunçularından birinə çevrilən hücumçunu komandada saxlamağın asan olmayacağı bildirilir.
© Copyright 2026, All Rights Reserved