“Sumqayıt” Ramalinqomun dublu ilə uddu
Azərbaycan Premyer Liqasında 29-cu turun açılış oyununda “Sumqayıt” səfərdə “İmişli”yə qalib gəlib.
90plus.az xəbər verir ki, Quba OİK stadionunda keçirilən qarşılaşma “kimyaçılar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun qəhrəmanı Aleksandr Ramalinqom olub. Hücumçu dublla komandasına inamlı qələbə qazandırıb:
İmişli 0 - 2 Sumqayıt
Ramalinqom 34’ 85’
Qollar: https://t.me/doxsanplus/116514
Beləliklə, “Sumqayıt” ardıcıl ikinci qələbəsini əldə edib və turnir cədvəlində mövqeyini möhkəmləndirib. Hazırda komanda 7-ci pillədə qərarlaşıb. “İmişli” isə 9-cu sırada qalmaqda davam edir.
Qeyd: Bu nəticə ilə “kimyaçılar” mövsümün həlledici mərhələsində vacib üç xalı aktivinə yazdırıb.
© Copyright 2026, All Rights Reserved