Təbriz klubu 1 xal qazandı, 4-cü yerdədir
“Esteqlal” və “Traktor Təbriz” qalib müəyyən edə bilmədi.
90plus.az xəbər verir ki, İran çempionatının 17-ci turu çərçivəsində keçirilən qarşılaşmada “Esteqlal” doğma meydanda “Traktor Təbriz”i qəbul edib. Görüşdə tərəflər hərəyə bir xal qazanıblar.
Matç boyu hər iki komanda ehtiyatlı oyun nümayiş etdirib. Qol imkanları yaradılsa da, komandalar son nöqtəni qoymaqda çətinlik çəkiblər və hesab açılmayıb.
Bu nəticədən sonra Təbriz təmsilçisi turnir cədvəlində 4-cü pillədə qərarlaşıb:
Esteqlal 0 - 0 Traktor Təbriz
© Copyright 2026, All Rights Reserved