“Tottenhem” 118 gün sonra uddu
“Tottenham Hotspur” 2026-cı ildə Premyer Liqada ilk qələbəsini yeni əldə edib və bu həm də Roberto De Zerbi dövründə ilk uğur kimi qeyd olunur. Komanda 118 günlük qələbə həsrətinə son qoyub.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 34-cü turunda “Tottenham Hotspur” səfərdə “Vulverhempton Uonderers” üzərində minimal hesablı qələbə qazanıb:
Vulvz 0 - 1 Tottenhem
J. Palhinya 82’
Bu qələbəyə baxmayaraq, Roberto De Zerbinin komandası aşağı liqaya düşmə zonasında qalmaqda davam edir. Komandanın Premyer Liqada mövqeyi hələ də təhlükəli olaraq qalır.
“Spörs"un qarşıda cəmi 4 oyunu var:
Eyni zamanda, narahatedici xəbər də var. Xavi Simons “Vulverhempton Uonderers”ə qarşı oyunda zədələnərək xərəkdə meydandan çıxarılıb. Onun durumunun ciddi olduğu bildirilir. Dünya Çempionatına 50 gündən az vaxt qaldığı üçün bu zədə onun üçün ciddi risk yaradır.
© Copyright 2026, All Rights Reserved