Xames Rodriges azad agentdir
“Leon” Xames Rodrigesi buraxdı – kolumbiyalı azad agent kimi komanda axtarır.
90plus.az xəbər verir ki, Meksika klubu “Leon” ilə müqaviləsini yeniləməyən Xames Rodriges artıq azad agent statusundadır. Kolumbiyalı futbolçu 2026-cı il Dünya Çempionatına cəmi bir neçə ay qaldığı şəraitdə müntəzəm oynaya biləcəyi yeni komanda axtarır.
Son günlər Xamesin MLS təmsilçisi “Orlando Siti”yə keçəcəyi barədə məlumatlar yayılmışdı. Lakin bu iddialar təkzib edilib və hazırda onunla bağlı rəsmi danışıqların olmadığı bildirilir.
ℹ️ Məlumatı Fabrizio Romano yayıb.
© Copyright 2026, All Rights Reserved