58 yaşında yeni müqavilə bağladı, 41 ildir - oynayır
𝗥ə𝗦𝗠i: 58 yaşlı Kazuyoşi Miura “Fukuşima Yunayted” ilə müqavilə bağladı!
90plus.az xəbər verir ki, Yaponiyanın və dünyanın ən yaşlı peşəkar futbolçusu Kazuyoşi Miura karyerasını davam etdirir. O, peşəkar futbol həyatını 41-ci mövsümünə uzadıb.
Miura peşəkar karyerasına 1986-cı ildə Braziliyada “Santos” klubunda başlayıb. O, 15 yaşında Braziliyaya köçərək peşəkar futbolçu olmaq arzusunu reallaşdırmağa çalışıb. Miura həmçinin “Palmeiras”, “Matsubara” və s. klublarda da çıxış edib, sonra yenidən “Santos”a qayıdıb.
Eyni zamanda, Yaponiya milli komandasında da əsas heyətin üzvü olub və 89 matçda 55 qol sevinci yaşayıb.
1992-ci il Miura üçün xüsusi uğurlu olub: o, Yaponiyanı Asiya Kubokunda qələbəyə daşıyıb və “Asiyada ilin futbolçusu” adına layiq görülüb.
Kazuyoşi Miuranın bu imzası, futbolsevərlərə yaşın yalnız bir rəqəm olduğunu bir daha göstərir.
© Copyright 2026, All Rights Reserved