6 ay əvvəl ayrılmışdı, yenidən imza atdı - Falkao geri döndü
Bir vaxtlar “Qalatasaray”ın formasını geyinmiş Radamel Falkao 39 yaşında yeni müqaviləyə imza atıb.
90plus.az xəbər verir ki, ötən yay “Millonarios” klubundan ayrılan təcrübəli hücumçu 6 aylıq fasilədən sonra yenidən komandaya qayıdaraq sözləşməsini rəsmiləşdirib.
Radamel Falkao futbolçu karyerasını ölkəsi Kolumbiyada davam etdirməyə qərar verib. O, öz instaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşımda "The last dance - Son bir rəqs" ifadəsi yer alıb.
© Copyright 2026, All Rights Reserved