Afrikada futbolçu oyun zamanı vəfat etdi
Burundidə sehrli amulet udan futbolçu həyatını itirib.
90plus.az xəbər verir ki, Burundi Futbol Federasiyası “Le Gepyer dyu Lak” klubunun yarımmüdafiəçisi İgiranəza Eme Gerikin ölümünü təsdiqləyib. O, ölkənin ikinci liqasında “Amaspiri Never Giv Ap” komandası ilə matç zamanı meydançada yıxılıb. Həkimlərin səylərinə baxmayaraq, futbolçu xəstəxanaya çatdırılarkən vəfat edib. Federasiya ölümün dəqiq səbəbini açıqlamayıb.
"Sport News Africa" xəbərinə görə, futbolçu ağızında sikkə saxlayırmış və təsadüf nəticəsində onu udub. Lakin Gerikin udduğu əşya sikkə yox, müxtəlif cadugərlik mərasimləri ilə bağlı olan "qri-qri" adlı amulet imiş.
© Copyright 2026, All Rights Reserved