Aleksander İsak İsveçin “Qızıl Top”unu qazandı
RƏSMİ: Aleksander İsak İsveçin “Qızıl top” mükafatını qazandı.
90plus.az xəbər verir ki, İsveç futbolunun ən nüfuzlu fərdi mükafatı olan “Qızıl top”un (Guldbollen) builki qalibi açıqlanıb. Mükafat "Liverpul"un 26 yaşlı hücumçusu Aleksander İsaka təqdim olunub.
26 yaşlı hücumçu bu mükafat uğrunda mübarizədə əsas rəqibi Viktor Gyökeresi geridə qoyaraq karyerasında mühüm uğura imza atıb. İsak son mövsümdə göstərdiyi stabil çıxış və yüksək məhsuldarlıqla səsvermədə üstünlük qazanıb.
Qeyd: İsveç “Qızıl top”u tarixində ən çox qazanan futbolçu Zlatan İbrahimoviçdir. Əfsanəvi hücumçu bu mükafata ümumilikdə 12 dəfə layiq görülüb və hələlik bu göstəriciyə heç bir futbolçu yaxınlaşa bilməyib.
© Copyright 2026, All Rights Reserved