Azərbaycan boksçuları medal qazanıblar
“Asiya uşaqları” 8-ci Beynəlxalq İdman Oyunlarında boks yarışları başa çatıb.
90plus.az xəbər verir ki, Rusiyanın Yakutsk şəhərində keçirilən yarışlarda komandamız 4 medalla mükafatlandırılıb.
Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) turnirdə 3-cü yeri tutublar.
Nihad Qasımov (48 kq) isə gümüş medala layiq görülüb.
Mənbə: Azərbaycan Boks Federasiyasının media hesabı
© Copyright 2026, All Rights Reserved