Azərbaycanı "Turin Acro Cup”da onlar təmsil edəcək
Azərbaycanı akrobatika üzrə “Turin Acro Cup” beynəlxalq turnirində təmsil edəcək gimnastlar müəyyənləşib.
90plus.az xəbər verir ki, Azərbaycanı yarışda məşqçi İradə Qurbanovanın rəhbərliyi altında qarışıq cütlük Ağasif Rəhimovla Raziyə Seyidli, kişi cütlüyü Daniel Abbasovla Murad Rəfiyev, kişi qrupu Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli, Seymur Cəfərov, 13-19 yaş kateqoriyası üzrə qadın qrupu Nəzrin Zeyniyeva, Anaita Bəşiri və Zəhra Rəşidova iştirak edəcək.
Dürdanə Əhmədova isə yarışda hakim olacaq.
Qeyd: “Turin Acro Cup” beynəlxalq yarışı iyulun 5-7-də keçiriləcək.
Mənbə: Azərbaycan Gimnastika Federasiyasının media hesabı
© Copyright 2026, All Rights Reserved