Azərbaycanda idman federasiyası adını dəyişdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası fəaliyyət istiqamətlərini genişləndirmək barədə qərar qəbul edib və adını dəyişdirib. Qərar federasiyanın Ümumi Yığıncağında təsdiqlənib.
90plus.az xəbər verir ki, bu yenilik ölkədə su idman növlərinin vahid platforma altında birləşdirilməsinə, idarəetmə mexanizmlərinin daha effektiv qurulmasına və beynəlxalq yarışlarda təmsilçiliyin gücləndirilməsinə hesablanıb. Bununla yanaşı, əsas prioritetlər sırasında su idman növlərinin populyarlığının artırılması, kütləviliyin təmin olunması və yeniyetmə ilə gənclərin bu sahəyə cəlb edilməsi yer alır.
Qəbul olunmuş qərara əsasən qurumun adı dəyişdirilərək Azərbaycan Su İdmanı Növləri Federasiyası olacaq. Federasiya beynəlxalq arenada Azerbaijan "Water Sports Federation" adı ilə fəaliyyət göstərəcək.
© Copyright 2026, All Rights Reserved