Azərbaycanlı idmançı medal qazanıb
Serbiyanın Novi Sad şəhərində təşkil edilən Dünya Reytinq Turnirində azərbaycanlı paragüllə atıcısı Kamran Zeynalov gümüş medal qazanıb.
90plus.az xəbər verir ki, Kamran Zeynalov 10 metr məsafəyə güllə atma yarışında 561 xal toplayıb.
Qeyd: Təmsilçimiz ötən il Peruda keçirilən dünya çempionatında Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Mənbə: Azərbaycan Milli Paralimpiya Komitəsinin media hesabı
© Copyright 2026, All Rights Reserved