“Bayern” və Harri Keyn razılaşdı
“Bayern Münhen" Harri Keynlə yeni müqavilə hazırlayır.
90plus.az xəbər verir ki, "Bayern Münhen" rəhbərliyi Harri Keynlə yeni müqavilə imzalamaq üçün danışıqları sürətləndirməyə hazırlaşır.
Məlumata görə, ingiltərəli hücumçu klubun Çempionlar Liqasında mübarizəni davam etdirdiyi müddətdə müqavilə danışıqlarını təxirə salmışdı. Münhen təmsilçisinin turnirlə vidalaşmasından sonra isə tərəflər arasında yeni görüşlərin keçirilməsi planlaşdırılır.
“Bayern” rəhbərliyi yeni müqaviləni Dünya Çempionatından əvvəl rəsmiləşdirmək istəyir. Bununla belə, Keynin bu məsələdə tələsmədiyi bildirilir.
İddialara əsasən, İngiltərə millisinin kapitanı Münhendə qalmağa müsbət yanaşır. Lakin təcrübəli forvard danışıqların Dünya Çempionatından sonra davam etməsinin də onun üçün problem olmadığını klub rəhbərliyinə çatdırıb.
Qeyd: Keyn “Bayern”ə keçidindən sonra komandanın əsas liderlərindən birinə çevrilib və yüksək qol statistikası ilə diqqət çəkir.
Mənbə: AgardiJulian / cfbayern
© Copyright 2026, All Rights Reserved