Benzema ölkə kubokunu qazandı
“Əl-Hilal” Kral Kubokunun sahibi oldu – həlledici qolu Teo Ernandes vurdu.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanında Kral Kubokunun final oyunu keçirilib. Həlledici qarşılaşmada “Əl-Hilal” “Əl-Xolud”u 2:1 hesabı ilə məğlub edərək titulun sahibi olub.
Oyunun qalibiyyət qolunu Teo Ernandes vurub. Fransalı müdafiəçi fərqlənərkən məhsuldar ötürmənin müəllifi Karim Benzema olub.
Beləliklə, "Al Hilal" mövsümün vacib titullarından birini qazanmağı bacarıb. Bu, həm də komandanın yeni baş məşqçisi Simone İnzaqi üçün klubdakı ilk kubok olub.
Finaldan sonra “Əl-Hilal” futbolçuları və azarkeşləri böyük coşğu ilə çempionluğu qeyd ediblər.
© Copyright 2026, All Rights Reserved