Bernardo Silva “Barsa” eşqinə düşüb
Bernardo Silva “Barselona”ya keçmək istəyir – yayda böyük transfer gündəmdə!
90plus.az xəbər verir ki, Bernardo Silva yay transfer pəncərəsində "Mançester Siti"dən ayrılaraq karyerasını "Barselona"da davam etdirmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Portuqaliyalı yarımmüdafiəçi “Mançester Siti”də 9 il ərzində 18 kubok qazanaraq klub tarixində mühüm iz buraxıb. O, mövsümün sonunda azad agentə çevriləcək.
Məlumata görə, Silva Səudiyyə Ərəbistanı və ABŞ-dan gələn təklifləri qəbul etmək niyyətində deyil. Futbolçu Avropada qalaraq yüksək səviyyəli rəqabətdə iştirak etmək istəyir.
Bildirilir ki, futbolçu “Barselona”nın idman direktoru Dekonun qərarını gözləyir və katalon klubunun heyətdə yer açmasını istəyir.
Əgər “Barselona” transferi reallaşmasa, 32 yaşlı yarımmüdafiəçinin alternativi də var. İtaliya nəhəngi Juventusun artıq rəsmi təklif etdiyi bildirilir.
Hazırda futbolçunun gələcəyi ilə bağlı qərarın yayda veriləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved