"Beşiktaş" İstanbul derbisini qazandı
Trendyol Süper Liqanın 22-ci turunda “Beşiktaş” səfərdə “RAMS Başakşehir”i 3-2 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, Başakşehir Fatih Terim Stadionunda keçirilən matç gərgin və qarşılıqlı qollara səhnə oldu. "Beşiktaş" 1-0 geri düşdükdən sonra 2-1 üstünlüyü ələ keçirdi, amma 88-ci dəqiqədə üstünlüyünü itirdi.
90+6-cı dəqiqədə gənc ulduz Mustafa Hekimoğlu vurduğu qolla “Beşiktaş”a 3 xalı qazandırdı. Bertuğun əvvəlki qolu ilə hesabı bərabərləşdirdikdən sonra gələn son dəqiqə qolu komandaya vacib qələbə gətirdi.
Bu nəticə ilə “Beşiktaş” 40 xala yüksəldi və rəsmi matçlardakı 13 oyunluq yenilməzlik seriyasını davam etdirdi. “RAMS Başakşehir” isə 33 xalda qalıb və Liqada 8 oyun sonra məğlub oldu.
© Copyright 2026, All Rights Reserved