"Beşiktaş" kapitanlarını qapının önünə qoydu
"Beşiktaş"ın iki təcrübəli futbolçusu baş məşqçi Sergen Yalçının qərarı ilə əsas komandadan kənarlaşdırılıb.
90plus.az xəbər verir ki, müdafiəçi Necip Uysal və qapıçı Mert Günoka özlərinə yeni klub tapmaq tövsiyə edilib. Bu barədə "qara qartallar"ın mətbuat xidməti açıqlama yayıb.
Neciplə Mert klubun gələcək planlarına daxil deyillər və yeni komanda tapana qədər ayrı məşq edəcəklər.
Qeyd: Necip Uysal "Beşiktaş" akademiyasının yetirməsidir və 2009/2010 mövsümündən əsas komandada çıxış edir. Mert Günok isə 2021-ci ilin yayından İstanbul klubunda oynayır.
© Copyright 2026, All Rights Reserved