"Beşiktaş"da ciddi itki - 1 aylıq zədə
Türkiyənin "Beşiktaş JK" klubunda ciddi itki qeydə alınıb.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas oyunçularından olan El Bilal Ture zədələnərək sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Malili vinger Super Liqanın 22-ci turu çərçivəsində “Başakşehir”ə qarşı keçirilən səfər matçında (3:2) xəsarət alıb. Müayinələr nəticəsində futbolçunun sol ayaq əzələsində qanaxma və yırtıq aşkar edilib.
24 yaşlı oyunçunun təxminən 1 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd: Beşiktaş JK El Bilal Tureni mövsümün əvvəlində Atalanta BC klubundan icarə əsasında heyətinə qatıb. Mali millisinin üzvü bu mövsüm “qara qartallar”ın heyətində iştirak etdiyi 18 rəsmi oyunda 6 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved