Bomba iddia: "Qızıl top"u ona verəcəklər
Vinicius Jr.-ın mükafatı qazanacağı iddia edildi.
90plus.az xəbər verir ki, "Marca"da yer alan xəbərə görə, bu il Ballon d'Or-u qazanan şəxs Vinicius Jr. olacaq. İddiaya əsasən, "Real Madrid"in ulduzuna mükafatı qazandığı bildirilib. Vinicius Jr. 2023-2024 mövsümündə "Real Madrid" ilə La Liqa və Çempionlar Liqasında çempionluq yaşamışdı.
Ballon d'Or mükafatlandırma mərasimi bu il 28 oktyabr bazar ertəsi günü keçiriləcək.
35 dəfə qol töhfəsi verdi
Vinicius Junior ötən mövsüm "Real Madrid" forması ilə 39 oyunda çıxış edib. 24 yaşlı futbolçu bu qarşılaşmalarda 24 qol və 11 asistlə nəticəyə töhfə verib.
© Copyright 2026, All Rights Reserved